HƏMAS-ın hərbi qolu olan Şəhid İzzəddin Əl-Qəssam Briqadaları Amerikanın Mayami çimərliklərində əylənən sionist rejimin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun fotosunu yayıb.
Əl-Qəssam Briqadaları həmçinin Qəzzə zolağında bir sionist əsirin simvolik şəklini dərc edib və iki şəkli müqayisə edib.
HƏMAS-ın hərbi qolu bu foto ilə yanaşı, Binyamin Netanyahunun əsirlərin taleyinə laqeyd münasibəti barədə sionist əsirlərin ailələrini və işğal olunmuş ərazilərin sakinlərini məlumatlandırmaq məqsədi ilə ərəb, ingilis və ivrit dillərində belə mesaj yazıb: “Yair Mayamidə və təhlükədən kənarda olduğu halda, Netanyahunu hərtərəfli müqavilə bağlamağa başqa nə məcbur edə bilər?”
Sizin rəyiniz